Putin Çubaysın istefasına niyə reaksiya vermir?

Dünya

Kremlin mətbuat katibi Rusiya Prezidenti Vladimir Putinin özünün xüsusi nümayəndəsi Anatoli Çubaysın istefasına niyə reaksiya vermədiyinin səbəbini açıqlayıb.

“Çətin ki, o necəsə reaksiya versin. O, (Anatoli Çubays) müntəzəm əməkdaş deyildi axı, ictimai əsaslarla çalışırdı”, – deyən Dmitri Peskov təsdiq edib ki, Çubays maaş almırmış.

Çubaysın Ukraynadakı hərbi əməliyyatlarla razı olmadığına görə vəzifəsini tərk etməsi ilə bağlı suala cavabında isə Peskov Kremlin bu barədə məlumatsız olduğunu deyib.  

Mənbə: RBK 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir