London Rusiyaya qarşı sanksiyaları genişləndirib

Dünya

Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Hökumətin saytında yer alan xəbərə görə, “Qazprombank”, “Rosselxozbank”, “Alfabank”, “SMP-Bank”, Rusiya Dəmir Yolları, “Sovkomflot”, “Rushidro”nun da daxil olduğu siyahıya ümumilikdə 59 şəxs və təşkilat daxil edilib.

Barəsində sanksiyalar tətbiq edilən fiziki şəxslər arasında “Tinkoff Bank”ın təsisçisi Oleq Tinkov, “Sberbank” İdarə Heyəti sədrinin birinci müavini Lev Xasis, Roman Abramoviçin biznes ortağı Yevgeni Şvidler, həmçinin İqor Seçinlə Nikolay Patruşevin oğulları var.

Qeyd edilir ki, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən hərəkətlərə görə tətbiq edilən sanksiyalar ölkəyə girişin qadağan edilməsini, həmçinin bütün vəsaitlərin və aktivlərin bloklanmasını əhatə edir.

Mənbə: Gazeta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir