“Üzüklərin hökmdarı”nın ulduzu ukraynalılara dəstək olmağa çağırdı – FOTO

Dünya

“Karib dənizinin quldurları”, “Üzüklərin hökmdarı”nın ulduzu Orlando Blum Ukraynadan olan qaçqın ailələrinə dəstək olmağa çağırır.

Xoşməramlı səfir olan Hollivud ulduzu hazırda UNİCEF-in proqramı çərçivəsində Moldovadadır. Orada o, Rusiyanın Ukraynaya hücumu səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan ukraynalı ailələrə şəxsən kömək edir.

Məşhur aktyor bununla bağlı özünün “Instagram” hesabından paylaşım edib.

“Ukraynada müharibənin başlaması ilə demək olar ki, hər saniyədə bir uşaq qaçqın olur. Mən UNICEF-lə birlikdə Moldovadayam, təhlükəsizlik axtarışında hər şeyini tərk etmək məcburiyyətində qalan ailələrlə görüşürəm”, – deyə Blum paylaşımına şərh yazıb.

Orlando Blum bu baş verənlərə biganə qalmamağa və ukraynalı uşaqlara kömək etməyə çağırıb.

“Ukraynada və onun hüdudlarından kənarda olan uşaqlar sizin göstərə biləcəyiniz hər bir yardıma ehtiyac duyurlar”, – deyə britaniyalı aktyor bildirib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.