Stoltenberq: “NATO Ukraynaya daha çox dəstək verəcək”

Dünya

NATO Ukraynaya daha çox dəstək verəcək. Biz bu ölkəyə bioloji, kimyəvi, radioloji və nüvə təhlükələrindən qorunmaq üçün kibertəhlükəsizlik və avadanlıq yardımı göstərmək qərarına gəldik.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə baş tutan fövqəladə iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

“Kimyəvi silahdan istənilən istifadə münaqişənin xarakterini tamamilə dəyişir. Biz münaqişənin Avropada müharibəyə, NATO ilə Rusiya arasında münaqişəyə çevrilməsinin qarşısını almalıyıq”, – deyə o, bildirib.

Mənbə: “Anadolu”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir