Kanada Rusiyaya müəyyən əmtəə və texnologiyaların ixracını qadağan edəcək

Dünya

Kanada hakimiyyəti yaxın günlərdə Rusiya Federasiyasına müəyyən əmtəə və texnologiyaların ixracına qadağa tətbiq etmək niyyətindədir.

Bu barədə Kanadanın baş naziri Castin Trüdonun mətbuat xidmətinin cümə axşamı NATO-nun Brüsseldə keçirilən sammitinin yekunlarına dair yaydığı bəyanatında deyilir.

Bundan əlavə, sənəddə bildirilir ki, Kanada Ukraynaya humanitar yardım üçün ayırdığı 100 milyon Kanada dollarının (79,5 milyon dollar) yarısını qonşu ölkələrə, o cümlədən Moldovaya, eləcə də Ümumdünya Səhiyyə Təşkilatına, BMT-nin Qaçqınlar üzrə Agentliyinə, Kanada Qırmızı Xaç Cəmiyyəti və ukraynalı qaçqınlara yerindəcə kömək edə biləcək digər təşkilatlara yönəltmək niyyətindədir. Daha 5 milyon Kanada dolları isə (təxminən 4 milyon dollar) Ukraynanın mədəni irsini qorumaq üçün YUNESKO-ya köçürüləcək.

Bəyanatda həmçinin Rusiya Federasiya Şurasının 160 üzvünün sanksiya siyahısına daxil edilməsi bir daha xatırladılır. Bunu Trüdonun özü cümə axşamı günü Brüsseldə keçirdiyi mətbuat konfransında elan edib.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir