Zelenski Qərbin Rusiyaya qarşı qətiyyətsizliyi haqqında: “Biz dəniz donuzları deyilik”

Dünya

NATO ölkələri Rusiyadan qorxduqları üçün bizə tank və təyyarə vermək istəmirlər.

Bunu “The Economist” nəşrinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, bütün dünya liderləri arasında ən çox Ukraynaya kömək edən Böyük Britaniyanın baş naziri Boris Consondur. Zelenski ABŞ-ın dəstəyindən də müsbət danışıb. O, qeyd edib ki, Almaniya da öz növbəsində Ukrayna ilə Rusiya arasında balans tapmağa çalışır.

“Onların Rusiya Federasiyası ilə uzunmüddətli əlaqələri var və vəziyyətə iqtisadiyyat prizmasından baxırlar. Ölkələri daxilindən təzyiq olarsa, kömək edə bilərlər və ya artıq kifayət qədər işlər gördüklərini düşünürlərsə, dayandıra bilərlər”, – deyə Zelenski bildirib.

Fransa prezidenti Emmanuel Makron kimi liderlərin Ukraynaya qələbə qazanması üçün niyə tanklar vermədikləri ilə bağlı suala Zelenski belə cavab verib: “Onlar Rusiyadan qorxurlar. Məsələ budur”.

Ukrayna prezidenti həm də sanksiyalarda olan boşluqlardan danışıb. O, vurğulayıb ki, SWIFT-dən tam kəsilmə, Rusiya nefti və qazına tam embarqo hələ də tətbiq edilməyib. Qərb üçün həlledici amil Rusiyanın kimyəvi silahdan istifadə edib-etməməsidir.

“Özünüzü bizim yerimizə qoyun… Eşidirik ki, qərar Rusiyanın kimyəvi silahdan istifadə edib-etməməsindən asılıdır. Bu, yanlış yanaşmadır. Biz dəniz donuzları deyilik”, – deyə dövlət başçısı vurğulayıb.

Mənbə: UNIAN

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir