Dağıstanda Rusiya-Azərbaycan sərhədində 1000-ə yaxın azərbaycanlı toplanıb

Dünya

Qərb ölkələrinin sanksiyalar tətbiq etməsindən sonra Rusiyada əmək miqrantlarının xaricə axını müşahidə olunur.

Bu barədə Rusiyadakı Azərbaycan, Tacikistan, Özbəkistan və Qazaxıstan diasporlarının nümayəndələri “Vedomosti”yə bildiriblər.

Buna səbəb kimi rublun məzənnəsinin düşməsi və pul göndərmək üçün vasitələrin azalması (hazırda “Mastercard” və “Visa” vasitəsilə pul köçürmələri mümkün deyil) göstərilir.

Moskvanın azərbaycanlı icmasının sədri Şamil Tağıyev qeyd edib ki, Dağıstanda Rusiya-Azərbaycan sərhədində minə yaxın insan toplanıb.

“Pandemiya səbəbindən quru sərhədləri tam açılmayıb, yalnız qarşı tərəfdən xüsusi buraxılışlarla daxil olmaq mümkündür”, – deyə o bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir