BMT: Ukraynada ən azı 1179 mülki şəxs həlak olub

Dünya

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynada ən azı 1179 mülki şəxsin həyatını itirdiyini, 1860 mülki vətəndaşın yaralandığını, hücumlardan sonra 3 milyon 901 min 713 qaçqının qonşu ölkələrə köçdüyünü bildirib.

Təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) verdiyi açıqlamada 24 fevral – 28 mart tarixləri arasında Ukraynadan gedən qaçqınların yarıdan çoxunun Polşaya pənah apardıqları bildirilib.

Xatırladaq ki, Ukrayna hakimiyyətinin dünən verdiyi açıqlamada müharibə başlayandan bu yana 143 uşağın öldüyü, 216 uşağın yaralandığı qeyd edilib.

Mənbə: TRT

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir