Çavuşoğlu Lavrov-Kuleba görüşünün anonsunu verdi

Dünya

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın həftələrdə Rusiya və Ukrayna XİN rəhbərləri Sergey Lavrov və Dmitri Kulebanın görüşəcəklərini anons edib.

“Biz Rusiya və Ukrayna XİN rəhbərlərinin görüşünün təşkili üzərində işləyirik. Dünən bu məsələ ilə bağlı Lavrov və Kuleba ilə danışıqlarım olub”, – deyə o, “A Haber” telekanalına müsahibəsində bildirib.

“İstanbulda nümayəndə heyətləri arasında danışıqlar zamanı ayaqüstü apardığımız söhbətlərə və tərəflərlə apardığımız danışıqlara əsasən deyə bilərik ki, bu görüşün yaxın bir-iki həftə ərzində keçirilməsi mümkündür”, – deyə türkiyəli nazir əlavə edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir