Kliçko gözyaşlarını tuta bilmədiyi müharibə epizodunu xatırladı: “Yeddi yaşlı oğlan yetim qaldığını bilmirdi”

Dünya

Kiyev meri Vitali Kliçko onun göz yaşlarını saxlaya bilməməsinə səbəb olan müharibə epizodu barədə danışıb.

O, fikirlərini jurnalist Dmitri Qordona müsahibəsi zamanı qeyd edib.

Onun sözlərinə görə, hadisə vağzalda vətəndaşların təxliyəsi zamanı baş verib.

“Ana və atasını xatırlayan yeddi yaşlı oğlan ağlamağa başladı. Yanıma bir qadın yaxınlaşdı və uşağa narahat olmamasını, ata-anasının itdiyini dedi. Qadın dedi ki, o, hələdə valideynlərinin öldüyünü bilmir. Bu hisləri təsvir etmək çətindir. Həmin uşaq hələ yetim qaldığından xəbərsiz idi”, – deyə o bildirib.

Mənbə: Segodnya.ua

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir