ABŞ Senatı Kiyevlə bağlı mühüm layihəni təsdiqlədi

Dünya

ABŞ Senatı İkinci Dünya müharibəsindən bəri ilk dəfə Ukrayna üçün “lend-liz” qanun layihəsini təsdiqləyib.

Bu, Kiyevə sürətləndirilmiş proqram çərçivəsində silah və texnika almağa imkan verəcək.

Sənəd bundan sonra Nümayəndələr Palatası tərəfindən təsdiqlənməli və ABŞ Prezidenti Co Bayden tərəfindən imzalanmalıdır.

“Lend-liz” – II Dünya müharibəsi zamanı ABŞ hökuməti tərəfindən hazırlanmış proqramdır. Həmin vaxt ölkə qismən qarşılıqlı əsasda anti-Hitler koalisiyasındakı müttəfiqləri, o cümlədən SSRİ-ni silah və strateji materiallarla təmin edirdi. “Lend-liz” çərçivəsində ABŞ-dan yardım alan ölkələrə bir neçə ildən sonra hesablaşma imkanı verilirdi.

Mənbə: RBK

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir