Yük təyyarəsi təcili eniş zamanı yarıya bölündü – VİDEO

Dünya

DHL aviaşirkətinin “Boeing 757” yük təyyarəsi Kosta-Rikada təcili eniş zamanı yarıya bölünüb.

Bildirilir ki, təyyarə havada ikən hidravlik sistemi sıradan çıxıb. Bu səbəbdən pilot paytaxt San-Xosedəki beynəlxalq hava limanında təcili eniş tələb edib. Eniş zamanı təyyarə sürüşüb, 180 dərəcə dönüb və yarıdan bölünüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hər iki pilot təyyarənin qalıqları altından çıxa bilib.

 

Mənbə: Independent

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir