Uill Smit “Oskar” mükafatlandırmasında iştiraka qoyulan onillik qadağaya reaksiya verdi – FOTO/VİDEO

Dünya

Amerikalı aktyor Uill Smit ABŞ Kino Sənətləri və Elmləri Akademiyasının ona 10 il ərzində tədbirlərə, o cümlədən “Oskar” mükafatlarının təqdimat mərasiminə qatılmağa qadağa qoymasına cavab verib.

“Akademiyanın qərarını qəbul edir və hörmətlə yanaşıram”, – deyə aktyor bildirib.

Xatırladaq ki, martın 27-dən 28-nə keçən gecə “Oskar” mükafatlarının təqdimat mərasimində aktyor Uill Smit “Ən yaxşı kişi rolu” mükafatını qazansa da, gecənin əsas hadisələrindən biri aktyorun mükafatlandırılması deyil, qala-tədbirin aparıcısı Kris Roku təhqir etməsi və ona şillə vurması oldu. Uil Smit komediyaçının onun həyat yoldaşının saçları ilə bağlı zarafatına (Cada Pinkett-Smit xəstəliklə əlaqədar saçlarını itirib) belə reaksiya vermişdi.

Bundan sonra Kino Sənətləri və Elmləri Akademiyası Smitə “Oskar” da daxil olmaqla 10 il ərzində öz tədbirlərində iştiraka qadağa qoydu.

“94-cü “Oskar” Mükafatları 2021-ci ildə inanılmaz iş görən çoxsaylı insanların bayramı olmalı idi. Lakin həmin anlar cənab Smitin səhnədə nümayiş etdirdiyi yersiz və zərərli davranışla yadda qaldı”, – deyə akademiyanın qərarında deyilir.

Mənbə: Page Six

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir