Qəzada faciəli şəkildə ölən türkiyəli müğənninin həyatı haqqında film çəkilir – FOTO

Dünya

2007-ci ildə yol qəzasında həyatını itirən məşhur türkiyəli müğənni Barış Akarsunun həyatı haqqında film çəkilir.

Layihədə Barış Akarsu obrazını İsmail Ege Şaşmaz canlandıracaq.

Məşhur aktyorun artıq musiqi məşqlərinə başladığı bildirilir.

Türk rok musiqiçisi və aktyoru Barış Akarsu 2004-cü ilin iyulunda “Akademi Türkiye” televiziya şousunda iştirakla məşhurlaşmışdı. Üç il ərzində iki studiya albomu çıxaran artist həmçinin “Star TV”də yayımlanan “Yalancı Yarim” serialında da baş rollardan birini oynamışdı.

O, 2007-ci il iyunun 29-da uşaqlar üçün keçirilən xeyriyyə konsertindən qayıdarkən avtomobil qəzasına düşərək ağır yaralanıb. Beş gün reanimasiya şöbəsində yatdıqdan sonra 2007-ci il iyulun 4-də 28 yaşında dünyasını dəyişib.

Mənbə: Sabah

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir