Zelenski: “Mariupolda on minlərlə insan həlak olub”

Dünya

“Mariupolda on minlərlə insan həlak olub”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Koreya parlamentində çıxışında bildirib.

Videoformatda keçirilən görüş zamanı dövlət başçısı bildirib ki, Rusiya buranı “dağıdılmış şəhərə” çevirmək istəyir.

“Ən pis vəziyyət Mariupoldadır… Mariupol dağıdılıb. On minlərlə ölən var. Amma buna baxmayaraq, Rusiya hücum əməliyyatını dayandırmır. Onlar Mariupolu nümayişkaranə şəkildə dağıdılmış şəhərə çevirmək istəyirlər”, – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, şəhər martın 1-dən Rusiya ordusu tərəfindən mühasirəyə alınıb.

Mənbə: UNİAN

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir