Ukraynadakı müharibə səbəbindən Şri Lankada defolt elan olundu

Dünya

Şri-Lankanın Maliyyə Nazirliyi ölkənin bütün xarici öhdəlikləri üzrə ödənişlərin dayandırıldığını elan edib.

Bu barədə qurumun çərşənbə axşamı yaydığı sərəncamda deyilir.

Qeyd olunur ki, son hadisələr, o cümlədən pandemiya və Ukraynadakı müharibə dövlətin fiskal vəziyyətinə mənfi təsir göstərib, xarici borcları ödəmək qeyri-mümkün olub.

“Nazirliyin siyasəti BVF-nin dəstəklədiyi iqtisadi transformasiya proqramına uyğun olaraq bu öhdəliklərin lazımi şəkildə restrukturizasiyası məqsədilə bütün (xarici) borclar üzrə ödənişlərin müəyyən müddətə dondurulması olacaq”, – deyə sənəddə bildirilir.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir