İranda silahlı qarşıdurma: Etnik bəluclar arasında ölən və yaralılar var – FOTO

Dünya

İranın Sistan və Bəlucistan vilayətinin Nikşəhr şəhərinin Zirukabad kəndi yaxınlığında silahlı qarşıdurma baş verib.

Aprelin 15-i gecə saatlarında baş verən qarşıdurmada iki nəfərin öldüyü, dörd nəfərin yaralandığı bildirilir. Ölənlərdən birinin 16 yaşlı yeniyetmə olduğu qeyd olunur.

İlkin məlumatlara görə, silahlı toqquşmaya səbəb bölgədə yerləşən SEPAH qərargahının komandanı Canməhəmməd Canuki, onun üç qardaşı və bir neçə digər silahlı məmurun Zirukabad kəndinə girərək atəş açmaları olub.

Məlumatda Sepah məmurlarının bu hərəkətlərinə etiraz edən kəndlilərlə məmurlar arasında gərginlik yaşandığı və nəticədə hər iki tərəfin odlu silahdan istifadə etdiyi bildirilib. Sepah məmurlarının kəndə hücumunun mahiyyəti barədə hər hansı açıqlama verilməsə də, onların pərakəndə yanacaq satışı ilə məşğul olan kəndliləri həbs etmək üçün kəndə girdikləri ehtimal edilir.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir