Xurqada yaxınlığında dənizdə turist gəmisi yanıb – VİDEO

Dünya

Misirdə Xurqada limanına yaxınlaşarkən turist gəmisi yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Bu barədə “Mash Telegram” kanalı hadisə şahidlərinə istinadən məlumat yayıb.

Qeyd edildiyi kimi, bütün sərnişinlər xilas ediliblər, xəsarət alan olmayıb. Qonşuluqda olan gəmilər evakuasiya üçün öz qayıqlarını göndəriblər. Şahidlərin sözlərinə görə, göyərtədə cəmi 20-yə yaxın adam olub. Yanğının başvermə səbəbləri araşdırılır.

Mənbə: Rambler.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir