Ukrayna ordusunun Kreminnadan geri çəkilməsinin səbəbi bəlli oldu

Dünya

“Müdafiə qüvvələri Luqansk vilayətinin Kreminna şəhərini Rusiya qoşunları onların mövqeyini tam olaraq atəş altında saxladığı üçün tərk edib. Müdafiəçilər təxminən iki ay müdafiəni davam etdiriblər”.

Bu sözləri Luqansk vilayətinin hərbi administrasiyasının sədri Sergey Qayday deyib.

“Ukrayna Silahlı Qüvvələrinin qurduğu müdafiə xətlərinin heç birində bir metr belə salamat yer qalmamışdı. Hər yeri tam atəşdə saxlayırdılar. Düşmən bizim mövqelərimizin harada yerləşdiyini dəqiq bilirdi”, – S.Qayday deyib.

Qeyd edək ki, ötən gün Kreminna şəhərinin Rusiya ordusunun nəzarətinə keçdiyi açıqlanmışdı.

Mənbə: Unian.net

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir