Hollivud ulduzu bütün əmlakını Ukraynadan olan köməkçisinə vəsiyyət edib

Dünya

Amerikalı aktyor Mikki Rurk ölümündən sonra bütün əmlakını şəxsi köməkçisi Dmitri Korneyçuka vəsiyyət etmək qərarına gəlib. O, bu barədə “YouTube”da yayımlanan “Diqqət, Sobçak” verilişinə müsahibəsində danışıb.

“Mən hər şeyi Dimaya qoyub gedəcəm, hər şeyi! Mən ölümdən qorxmuram, prosesin özündən qorxuram”, – deyə 69 yaşlı sənətçi bildirib.

Korneyçuk səkkiz ildir ki, Rurk ilə işləyir. Dmitrinin ABŞ-a Ukraynadan gəldiyi və ilk vaxtlarda iş tapa bilmədiyi məlumdur. Rurk və Korneyçuk aktyor özünə köməkçi axtararkən təsadüfən tanış olublar. Onların işbirliyi isə zaman keçdikcə yaxın dostluğa çevrilib.

Mənbə: Lenta.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.