Rusiyada məktəbin ayaqyolunda gizli kamera tapıldı

Dünya

Buryatiyanın Nijni Sayantuy kəndi orta məktəbində oğlanlar üçün ayaqyolunda gizli videokamera tapılıb. Cihaz havalandırma barmaqlığının arxasında aşkar edilib.

Təhsil müəssisəsinin direktoru Bair Mitıpov rəhbərliyin bu yolla uşaqların sağlamlığının qayğısına qaldığını izah edib.

Onun sözlərinə görə, kamera pəncərəyə yönəlib və kabinələri çəkmir.

Mitıpov əlavə edib ki, kamera həm də vandalizmin qarşısını alır. Belə ki, şagirdlər ayaqyolunda kabinələrin qapılarını sındırır, digər avadanlıqlara zərər verirlər.

Həmçinin, vurğulanıb ki, kamera qeydləri cəmi dörd gün saxlanılır, sonra isə silinir.

Mənbə: lenta.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.