Ermənistanda yüksək rütbəli hərbçilər həbs edildi

Dünya

Ermənistanda bir qrup yüksək rütbəli hərbçi həbs edilib.

Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Sözügedən şəxslər ordunun ehtiyacları üçün çadırların alınmasında sui-istifadə və dələduzluqda şübhəli bilinir. Onlar heç bir tender elan edilmədən eyni şəxsdən ümumilikdə 26,5 min dollarlıq çadır alıblar.

Mövcud məlumatlara əsasən, 2021-ci ilin dekabrında Ermənistan ordusunun baş qərargahının maddi-texniki təminat idarəsinin geyim xidmətinin rəisi, polkovnik A.T-yə, o cümlədən hərbi hissələrdən birinin maddi-texniki təminat üzrə komandir müavini polkovnik A.K-ya qarşı ittiham irəli sürülüb. Onlar həbs edilərək vəzifələrindən uzaqlaşdırılıblar.

Daha sonra həmin hərbi hissəsinin maddi-texniki təminat xidmətinin rəisi və daha iki şəxsə qarşı da ittiham irəli sürülüb.

Mənbə: Sputnik Ermənistan

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir