Bayden: “ABŞ Rusiyaya hücum etmir”

Dünya

ABŞ prezidenti Co Bayden Ukraynada baş verənlərlə bağlı açıqlama verib.

O, bu ölkəyə iqtisadi və hərbi dəstək üçün Konqressə yeni maliyyə sorğusu göndərdiyini bildirib.

Dövlət başçısı Rusiyanı bütün dünyada ərzaq qiymətlərinin bahalaşmasında günahlandırıb.

“Ukrayna bütün dünyada ən böyük buğda istehsalçılarından biridir. Putin isə Ukraynada ərzaq istehsalını dayandırmağa çalışır. Onun başlatdığı müharibə dəniz və quru yollarını bağlayıb. Rusiyanın törətdiyi bu müharibə səbəbindən ərzaq qiymətləri qalxır.

Mənim məqsədim həm ABŞ, həm də dünya istehlakçılarına dəstək verməkdir.

Biz müdafiə sənayesinə də daxili dəstəyi artırmağa çalışırıq.

Konqresə Ukraynaya yardıma dair geniş paket göndərirəm. Burada rusiyalı oliqarxlara qarşı da tədbirlər nəzərdə tutulub. Onların pullarını və əyri yollarla əldə etdikləri mallarını müsadirə edəcəyik”, – deyə Bayden bəyan edib.

ABŞ prezidenti vurğulayıb ki, ABŞ Rusiyaya hücum etmir, öz hərbçilərini Ukraynaya göndərmir, yalnız bu ölkəyə dəstək verir və bu dəstək müharibə bitənədək dayanmadan davam edəcək.

Mənbə: “Haber Global”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir