İranda ETTELAAT İdarəsinin binasına “Xameneiyə ölüm!” şüarı yazan gənc həbs edildi – VİDEO

Dünya

İranın Qərbi Azərbaycan vilayətinin Urmiya şəhər sakini hökumətə etiraz olaraq şəxsi maşınını yandırıb və şəhərin ETTELAAT (Kəşfiyyat) İdarəsinin divarı üzərinə şüarlar yazıb.

Belə ki, sözügedən şəxs divarın üzərinə “Yararsız Xameneiyə ölüm olsun!”, “Faydasız qabana ölüm!” kimi şüarlar yazıb və görünür, bundan sonra o, hökumətə etiraz olaraq öz avtomobilini də yandırıb.

O, bu addımı atdıqdan sonra olduğu yerdə qalıb və təhlükəsizlik orqanlarının onu həbs etməsini gözləyib. Hadisə yerində maşınını yandıran həmin gəncin videosu isə sosial şəbəkələrdə geniş yayılıb. Narazı gəncin bir neçə dəqiqə sonra polis tərəfindən həbs edildiyi bildirilir.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir