Makronun partiyası adını dəyişəcək

Dünya

Fransa prezidenti Emmanuel Makron tərəfindən qurulan “İrəli, Respublika!” partiyası adını “İntibah” olaraq dəyişdirəcək.

Bunu partiyanın baş nümayəndəsi Stanislas Qerini bildirib.

Onun sözlərinə görə, bu qərar siyasi hərəkatın daha da genişlənməsi məqsədi daşıyır.

Qeyd edək ki, “İrəli, Respublika!” 2016-cı ildə o zaman Fransanın iqtisadiyyat və maliyyə naziri vəzifəsində çalışan Emmanuel Makron tərəfindən Amyen şəhərində təsis edilib.

Mənbə: “RİA Novosti”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir