Rusiya hökuməti repçi Morqenşterni xarici agentlərin siyahısına saldı

Dünya

Rusiya Ədliyyə Nazirliyi xarici agent funksiyaları daşıyan şəxslərin və KİV-lərin siyahısını genişləndirib.

Müvafiq siyahı agentliyin saytında yerləşdirilib.

Beləliklə, Yevgeni Kiselev, Matvey Qanapolski, Leonid Volkov və Vladimir Kara-Murza Ukraynadan maliyyələşdirilən siyasi fəaliyyətləri həyata keçirmək üçün fiziki şəxslər –  xarici agentlər kimi qəbul olunublar.

Reper Alişer Morqenştern də siyasi fəaliyyətlə məşğul olmaqda ittiham olunub və maliyyə mənbəyi kimi təkcə Ukrayna deyil, İsrailin “Yoola Labs Ltd” şirkəti də göstərilib.

Ədliyyə Nazirliyi tərəfindən reyestrə həmçinin Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK, Rusiya Federasiyasında ekstremist təşkilat kimi tanınan) keçmiş hüquqşünası Lyubov Sobol, siyasətçilər Leonid Qozman, Vladimir Milov, daha dörd fiziki şəxs, habelə “Apologiya” insan haqları təşkilatı daxil edilib.

Mənbə: Lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir