Polşalı pilot səmada “Müharibə etmə, pivə hazırla” yazdı

Dünya

Dünən axşam saatlarında Polşanın Poznan şəhərindən havaya qalxdığı bildirilən yüngül təyyarənin uçuş trayektoriyası diqqət çəkib.

Dünyanın dörd bir yanından aviasiya məlumatlarını təqdim edən “Flightradar24” maraqlı görüntüləri yayımlayıb.

Təxminən dörd saat uçan təyyarə öz hərəkət trayektoriyası ilə “Müharibə etmə, pivə hazırla” sözlərini yazıb. Naməlum pilot “əl işinin” sonunda ürək işarəsi də “çəkib”.

Təyyarənin Poznanda yerləşən “Smart Aviation” adlı uçuş məktəbinə aid olduğu bildirilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir