Yeni Zelandiya Lukaşenkoya sanksiya tətbiq etdi

Dünya

Yeni Zelandiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Prezident Aleksandr Lukaşenko da daxil olmaqla bir sıra Belarus rəsmilərinə və müəssisələrinə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaiya Mahuta bildirib.

“Belarus hərbçiləri Ukraynanın suverenliyinə qanunsuz müdaxiləyə yol verirlər və Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəhbərliyi altında bu ölkənin ərazisindən hücumlar həyata keçirilmək üçün istifadə edilib. Yeni Zelandiya Rusiyanı dəstəkləyən hər kəsi pisləyir və Belarusu bu cür dəstəyi dərhal geri götürməyə çağırır”, – deyə o qeyd edib.

Nazir əlavə edib ki, Belarusun 23 vətəndaşına, o cümlədən ölkənin Müdafiə Nazirliyinin bir sıra hərbi rəhbərlərinə və əməkdaşlarına, həmçinin dörd təşkilata qarşı sanksiyalar tətbiq olunur.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir