“Fövqəldövlətin simvolu”: Rusiyada SSRİ bayrağını geri qaytarmaq istəyirlər

Dünya

Rusiya Federasiyasının Dövlət Dumasında SSRİ bayrağının yeni dövlət bayrağı kimi tanınması təklif edilib.

Təklif Dövlət Dumasının deputatı Mixail Şeremet tərəfindən irəli sürülüb.

Onun sözlərinə görə, bu gün Qərb ölkələri faktiki olaraq Qələbə bayrağına müharibə elan edib, onu hər yerdə yasaqlayıb.

“Onlar bu simvoldan qorxurlar. Çünki qələbənin qırmızı bayrağı onlara xalqımızın əzəmətini və böyük qələbəmizi xatırladır. Düşünürəm ki, artıq Qələbə bayrağını milli bayrağımız kimi tanımağın vaxtı çatıb”, – deyə Şeremet bildirib.

Deputatın sözlərinə görə, o, Rusiya bayrağı ilə fəxr edir, lakin hesab edir ki, “Qələbə bayrağı” bu gün “dirçələn fövqəldövlətin simvolu” kimi aktualdır.

Mənbə: RİA Novosti

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir