Gürcüstanda məktəblərdə şahmat məcburi fənn olacaq

Dünya

Gürcüstanda məktəblərdə şahmat məcburi fənn olacaq.

Qərar Respublikanın təhsil naziri Mixail Çxenkeli tərəfindən təsdiqlənib.

“Şagirdlər analitik, məntiqi, tənqidi təfəkkür və praktiki problem həll etmə bacarıqlarını inkişaf etdirmək üçün birinci sinifdən şahmatı öyrənəcəklər. Şagirdlər arasında şahmat icbari fənn olacaq”, – deyə nazirlikdən bildirilib.

İkinci və üçüncü siniflərdə şahmat seçmə fənn kimi təklif olunacaq.

Yenilik Gürcüstanda yeni tədris ilindən qüvvəyə minəcək. Həmin vaxta qədər Təhsil Nazirliyi Milli Şahmat Federasiyası ilə birlikdə müəllimlər və təhsil resursları hazırlayacaq.

Mənbə: İzvestiya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir