“Forbes”dan üç aylıq müharibə hesabatı: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya texnikaları… – FOTO

Dünya

Rusiya Ukraynada 13 milyard dollarıq texnika itirib.

Bu barədə Rusiyanın Ukraynada başlatdığı müharibədə itkilər və zərərlər barədə “Forbes”un hesabatında bildirilir.

Məlumata görə, onların arasında ən bahalısı “Moskva” kreyseri (750 milyon dollar) olub. Bunun sayəsində “Ukrpoçta” cekpot vurdu. Belə ki, üzərində kreyserin təsviri olan markanın buraxılmasından bir gün sonra ukraynalı hərbçilər gəmini vurdular. Nəticədə marka və hərraclar üçün növbələr yarandı. Təkcə “Ukrpoçta” bu markadan bir milyon dollar qazanıb.

“Moskva” ilə yanaşı, Rusiyanın məhv edilən ən bahalı obyektləri “İl-76” nəqliyyat təyyarəsi (86 milyon dollar) və “Saratov” iri desant gəmisi (75 milyon dollar) olub.

Hesabatda vurğulanıb ki, müharibənin ilk həftələrində Rusiyanın məhv edilmiş texnikalarının dəyəri həftədə ən azı 1,5 milyard dollar təşkil edirdi. Son yeddi gündə isə təxminən 400 milyon dollar dəyərində texnika məhv edilib.

Hesabatda Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinin sahəsi də açıqlanıb. Bildirilir ki, 2014-cü ildən 2022-ci ilə kimi Ukraynanın 7%-i işğal edilmişdi (Krım yarımadası, Donetsk, Luqansk, Xarkov, Xerson və Zaporojye vilayətlərinin bir hissəsi). İndi isə bu sahə 2,9 dəfə böyükdür.

Müharibə zamanı Ukrayna Silahlı Qüvvələri Kiyev, Çerniqov, Sumı, Nikolayev və Jitomir vilayətlərini Rusiya ordusundan tamamilə azad edib.

Ukraynanın ümumi sahəsi 603 548 kv. km-dir.

Xatırladaq ki, Böyük Britaniya Müdafiə Nazirliyinin Ukraynadakı hərbi əməliyyatların gedişatına dair gündəlik xülasəsində Rusiyanın Ukraynada üç ayda məhv edilən hərbçilərinin sayının SSRİ-nin Əfqanıstanda doqquz illik itkilərinə çatdığı bildirilib. İtkilərin çoxluğunun səbəbi kimi uğursuz taktika, çevikliyin olmaması və buraxılan səhvləri təkrarlayan komanda yanaşması göstərilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir