Texasda həlak olan müəllimin həyat yoldaşı onun ölümünə tab gətirməyib vəfat etdi – VİDEO

Dünya

ABŞ-ın Texas ştatında mayın 24-də silahlı hücumda həlak olan müəllimin həyat yoldaşı vəfat edib.

İrma Qarsiyanın əri Co Qarsiyanın ürəyi dəhşətli hadisəyə tab gətirməyib və o, iki gün sonra “qırıq qəlb sindromu”ndan həyatını itirib.

Həkimlər kədərdən ölüm hallarına çox nadir hallarda rast gəlindiyini deyir və bildirirlər ki, “qırıq qəlb sindromu” infarkt əlamətlərini təqlid edir və ölümcül ola bilər.

Conun həyat yoldaşı, müəllim İrma Qarsiya Texas ştatının Uvalde şəhərindəki Robb ibtidai məktəbində dördüncü sinif müəllimi olub. Onların dörd övladı var idi.

Xatırladaq ki, 18 yaşlı Salvador Ramos adlı şəxsin Texasda məktəbə silahlı hücumu nəticəsində 19 şagird və iki müəllim həlak olub.

 

Mənbə: Hürriyet

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir