Serqey Bratçuk: “Rusiyanın bütün Qara Dəniz Donanmasını batıra bilərik”

Dünya

“Ukrayna Rusiya Federasiyasının bütün Qara Dəniz Donanmasını batırmaq iqtidarındadır”.

Bu açıqlama ilə Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının spikeri Serqey Bratçuk çıxış edib.

Bu işdə bizə ABŞ-ın gəmi əleyhinə əleyhinə “Harpun” qanadlı raketləri kömək edə bilər. İndi bizə o qədər çox “Harpun” verilib ki, Rusiya Federasiyasının bütün Qara Dəniz Donanmasını batıra bilərik. Niyə də olmasın?” – deyə  Serqey Bratçuk vurğulayıb.

Qeyd edək ki, ABŞ istehsalı olan “Harpun”  gəmi əleyhinə qanadlı raketlər dünyada ən çox yayılmış və effektiv silahlardan biri hesab olunur.

“Harpun”  raketləri hazırda “Boeing” Korporasiyasının müəssisələrində istehsal olunur.

Mənbə: Segodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir