Çeçenistandan Ukraynaya döyüşməyə gedən “könüllülər” arasında cəza müddəti başa çatmayan məhkumlar da var

Dünya

Cəza müddəti hələ başa çatmamış məhkumlar Çeçenistandan olan “könüllülər”in tərkibində Ukrayna müharibəsinə göndərilib.

Jurnalistlər Ukrayna kəşfiyyatının dərc etdiyi “könüllülər”in siyahısını və Rusiya məhkəmələrinin internet saytındakı qərarlarını müqayisə edib və bir neçə belə hala rast gəliblər.

Onlardan biri dəfələrlə məhkum olunmuş Bexan Taysumovdur ki, o, 2022-ci ilin sonuna qədər dələduzluğa görə ümumi rejimli koloniyada cəza çəkməli idi.

Məqalədə adı çəkilən digər məhbus Tamerlan Maqamerzuyev 2022-ci ilin martında məcburi islah işlərinə məhkum edilib. Lakin əvəzində, başqa bir iş üzrə məhkəmə iclaslarını da qaçıraraq Ukraynaya gedib. Halbuki, məhkəmə hökmünün icrasına qədər onun Rusiya Federasiyasının sərhədlərini keçmək hüququ olmayıb.

Hesablamalara görə, Çeçenistandan Ukraynaya gedən 953 könüllüdən ən azı 101 nəfəri kriminal keçmişi və bugünü olan şəxslər olub.

Mənbə: meduza.io

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir