Dünyada həftə ərzində COVID-ə yoluxma dörd dəfə azalıb

Dünya

Dünyada koronavirusa yoluxma halları ötən həftə ilə müqayisədə kəskin şəkildə azalıb.

Mayın 15-dən mayın 21-dək 5,7 milyondan çox yoluxma qeydə alınmışdısa, mayın 22-dən 28-nə qədər bu rəqəm təxminən 1,4 milyon olub.

Ölüm halları da əhəmiyyətli dərəcədə azalıb. Yeddi gündə 10,5 min nəfər koronavirusdan dünyasını dəyişib ki, bu da ötən həftənin göstəricisiylə qarşılaşdırdıqda, iki dəfədən də çox aşağıdır.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir