Fransada avtomobillərin yuyulması, hovuzların doldurulması və bağların suvarılması qadağan edildi

Dünya

Fransada may ayındakı rekord istilər nəticəsində yaranan quraqlıq səbəbindən 24 departamentdə şirin sudan istifadə ilə bağlı xüsusi məhdudiyyətlər elan edilib.

Belə ki, quraqlıqdan zərər çəkmiş departamentlərdə hovuzların su ilə doldurulmasına, avtomobillərin yuyulmasına və bağların suvarılmasına qadağa qoyulub.

Məlumata görə, artıq aprelin ortalarından etibarən səkkiz bölgədə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Mənbə: lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir