Türkiyədə məktəbliləri daşıyan avtobus yük maşını ilə toqquşub, vəziyyəti ağır olanlar var – FOTO

Dünya

Türkiyənin Mersin şəhərində məktəbliləri daşıyan avtobusla yük maşınının toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları çağırılıb.  

Qəza səbəbilə Mersindən Antalya istiqamətinə gedən yolda hərəkət müvəqqəti dayandırılıb.

Son məlumata görə, yaralı məktəblilərdən birinin və avtobus sürücüsünün vəziyyəti ağırdır.

Mənbə: “İhlas Haber Ajansı” (İHA)

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir