ABŞ Belarusa qarşı sanksiyaların ləğvini müzakirə edir

Dünya

“Birləşmiş Ştatlar Ukraynadan taxıl daşımaq üçün dəhliz müqabilində altı ay müddətinə Belarusun kaliumlu gübrə sənayesinə qarşı sanksiyaları ləğv etməyi fəal şəkildə nəzərdən keçirir”.

Bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ ərzaq böhranından çıxış yollarını axtarır və buna görə də Belarusa qarşı sanksiyaların bir hissəsini müvəqqəti olaraq ləğv etmək təklifi diqqət mərkəzində olub.

İdeya ondan ibarətdir ki, Ukraynadan taxıl Qara dəniz yolu ilə deyil, dəmir yolu ilə Belarusun ərazisindən keçməklə şimala, liman şəhəri Klaypedaya daşınsın.

Bildirilir ki, müvafiq təşəbbüs BMT əməkdaşları və bəzi diplomatlar tərəfindən dəstəklənir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir