Leysan yağışlar Tbilisidə on minlərlə sakini susuz qoydu – VİDEO

Dünya

Tbilisi yaxınlığındakı Saquramo kəndində leysan nəticəsində yaranan daşqınlar su təchizatı sisteminə ziyan vurub, sakinlərə suyun verilməsi dayandırılıb. Yaşayış binalarını da su basıb, əkin sahələrinə ziyan dəyib və yerli magistral yolda nəqliyyatın hərəkəti bağlanıb.

Yerli hakimiyyət orqanları dəymiş ziyanın ümumi məbləğini hesablamağa başlayıb.

Dolu ilə müşayiət olunan leysan yağışı həmçinin Saquramonun əsas su anbarında daşqına səbəb olub. Bu səbəbdən təkcə kənd deyil, Tbilisinin bir hissəsi də susuz qalıb.

Mənbə: Sputnik

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir