Blinken: “ABŞ Tayvana yardım göstərməyə davam edəcək”

Dünya

ABŞ Tayvanın status-kvosunu qorumaq və özünümüdafiəsini gücləndirmək məqsədi ilə ona yardım göstərməyə davam edəcək.

Bu barədə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken deyib.

“Biz açıq şəkildə bildirdik ki, Tayvanın özünümüdafiəsinə kömək etmək öhdəliyimiz davam edir və davam edəcək”, – deyə o, PBS telekanalına müsahibəsində aparıcının müvafiq sualını cavablandırarkən bildirib.

Blinken onu da qeyd edib ki, Birləşmiş Ştatlar Vahid Çin siyasətinə sadiqdir. Eyni zamanda onun sözlərinə görə, Vaşinqton əmin olmalıdır ki, Tayvanın effektiv müdafiə və nəhayət, istənilən təcavüzün qarşısını almaq üçün vasitələri var.

“Son 10 il ərzində biz Çinin daxildə daha repressiv, xaricdə isə daha aqressiv olduğunu, o cümlədən Tayvana qarşı potensial təhlükəli və sabitliyi pozan hərəkətləri gördük”, – deyə Blinken bildirib.

Mənbə: İnterfaks

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir