Melitopol meri: “Fermerlərimizin raşistlərə növbəti “hədiyyəsi” zəhərlənmiş gilasdır” – VİDEO

Dünya

Melitopolda şəhər sakinləri işğalçılara müqavimət göstərirlər. Ukraynalı fermerlər rusiyalı hərbçilərə zəhərli gilas veriblər.

Bunu telemarafonun efirində Melitopol meri İvan Fedorov deyib.

“Fermerlərimiz raşistlərə daha bir hədiyyə hazırlayıblar – bu, təzə emal edilmiş gilasdır ki, bu gilas onu fermerlərdən oğurlayanların kütləvi şəkildə xəstələnməsinə səbəb olub. Bu, Melitopol vilayəti ərazisində başqa bir partizan müqaviməti növüdür. Bizdən heç nə oğurlamaq lazım deyil! Bütün bunlar fermerlərimizin ağır zəhməti hesabına yetişdirilib”, – deyə Fedorov qeyd edib.

Onun sözlərinə görə, vətəndaşların 99 faizi işğalçı dövlətə müqavimət göstərir.

Melitopol şəhərinin meri İvan Fedorov daha əvvəl bildirib ki, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində rusiyalılar açıq şəkildə soyğunçuluq, tərəvəz, taxıl və metalların qarəti ilə məşğuldur. İşğalçıların fermerlərin əlindən aldıqları Melitopol gilası da bu qəbildəndir. Eyni zamanda o qeyd edib ki, kəndlərdən birində rusiyalı hərbçilər bütün gilasları 10 qrivenə almağa hazır olduqlarını və bundan daha artıq verə bilməyəcəklərini deyiblər.

Bundan əlavə, əməkdaşlardan biri Andrey Siquta etiraf edib ki, işğalçılar məşhur Melitopol gilasını Krıma aparır və orada çox ucuz qiymətə satırlar.

Mənbə: UNİAN

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir