Əsgər Akayev Qırğızıstanda baş verən “Lalə İnqilabı”nı ABŞ-ın təşkil etdiyi dövlət çevrilişi adlandırıb

Dünya

Qırğızıstanın eks-prezidenti Əsgər Akayev 2005-ci ildə baş verən “Lalə İnqilabı”nı dövlət çevrilişi adlandırıb və bunu ABŞ-ın təşkil etdiyini deyib.

O, bu barədə Almatıda mühazirə oxuyarkən bəyan edib.

“ABŞ səfiri cənab Yanq xüsusilə Gürcüstan və Ukraynadakı inqilablardan sonra ştatların çevrilişlər təşkil etdiyini açıq şəkildə söylədi”, – deyə Akayev bildirib.

Sabiq prezident etiraf edib ki, 2005-ci ilin martında ölkəni tərk edərkən səhvə yol vermiş ola bilər. Lakin keçmiş dövlət başçısının dediyinə görə, həmin vaxt adının qan tökülməsində hallanmamasına qərar verib.

Mənbə: Tsargrad

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir