Moskvada məbəd yaxınlığında bıçaqlı hücum: Yaralananlar var – FOTO/VİDEO

Dünya

Moskvanın Karamışevskaya sahilindəki “Həyat verən Üçlük” Məbədi yaxınlığında bıçaqlı hücum olub. Hadisə nəticəsində iki nəfər yaralanıb.

Məlumata görə, naməlum şəxs əvvəlcə 63 yaşlı kişinin başına bıçaqla zərbə vurub, sonra isə yaxınlıqdakı başqa birini əlindən yaralayıb.

Başından yaralanan şəxs özünü birtəhər yaxınlıqdakı aptekə çatdıra bilib. Orada ona ilkin tibbi yardım göstərilib və təcili yardım çağırılıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hücumçu törətdiyi əməllərdən sonra bıçağı tullayaraq məbədə qaçıb. Polis artıq onu saxlayıb.

Mənbə: MK

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir