BVF rəhbəri: “2023-cü ildə qlobal tənəzzül baş verə bilər”

Dünya

2023-cü ildə qlobal resessiya (tənəzzül) baş verə bilər.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva açıqlama verib.

Georgiyeva resessiyanın ilkin səbəbləri kimi artan inflyasiyanı, Çinin iqtisadi inkişafının yavaşlamasını və Rusiyaya qarşı sanksiyaları göstərib.

“2022-ci il çətin olacaq, lakin 2023-cü il daha sərt ola bilər. 2023-cü ildə tənəzzül riskləri artıb”, – deyə Georgiyeva qeyd edib.

Agentliyin məlumatına görə, tənəzzül riskləri investorları getdikcə daha çox narahat edir.

Georgiyeva əlavə edib ki, maliyyə şərtlərinin uzun müddət ərzində sərtləşdirilməsi qlobal iqtisadiyyatın perspektivlərini çətinləşdirəcək və bu səbəbdən də qiymət artımlarını nəzarət altına almaq çox vacibdir.

Mənbə: Gazeta.ru

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir