Yaponiyada naməlum şəxs bıçaqla məktəbli qızlara hücum etdi

Dünya

Yaponiyanın şimal-şərqində naməlum 43 yaşlı kişi bıçaqla iki məktəbliyə hücum edib.

Bu barədə yerli “Kyodo” agentliyi məlumat yayıb.

Hadisə 2022-ci il iyulun 7-də Senday şəhərində baş verib. Bıçaqlanan iki qız xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hücum edən şəxs saxlanılıb. Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına məktəbli qızları tanımadığını, lakin onları öldürmək istədiyini bildirib. Cinayətkarın motivləri açıqlanmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: Gazeta.ru

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir