Rusiyanın Ermənistandakı hərbi bazasında yanğın baş verib

Dünya

Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasının ərazisində yanğın baş verib.

Ermənistan mətbuatında yayılan xəbərə görə, ərazidə tikinti materialları anbarı yanıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə yanğının ikinci səviyyəsi elan edilib. Hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadasının iki döyüş heyəti yola düşüb.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir