ABŞ Ukraynaya əlavə 1,7 milyard dollar yardım ayırdı

Dünya

Ukrayna ABŞ hökumətindən 1,7 milyard dollar məbləğində növbəti qrant alıb.

Bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat yayıb.

“Vəsaitlər Dünya Bankının trast fondunun mexanizmi vasitəsilə təmin edilib və dövlət büdcəsinin sosial və humanitar xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək”, – deyə, o, bildirib.

Xatırladaq ki, Ukrayna təkcə ötən ay Dünya Bankından 967,4 milyon dollar, Kanada hökumətindən 779,0 milyon dollar, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən 479,4 milyon dollar alıb.

Mənbə: rbc.ua

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir