Abramoviç Türkiyədə taxıl dəhlizi sazişinin imzalanması mərasimində görünüb

Dünya

Rusiyalı iş adamı Roman Abramoviç İstanbulda Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracına dair müqavilənin imzalanması mərasimində iştirak edib.

Xarici KİV-in məlumatına görə, Abramoviç Rusiya və Ukraynanın ayrı-ayrılıqda müqavilə imzaladığı mərasim zamanı zaldakı oturacaqların ön sıralarında əyləşib.

Qeyd edək ki, iyulun 22-də Türkiyə, Rusiya, BMT və Ukrayna arasında kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, eləcə də Ukrayna taxılının ixracının asanlaşdırılmasını nəzərdə tutan sənədlər imzalanıb.

Mənbə: gazeta.ru

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir