Ukraynalı pilotlara ABŞ qırıcılarını idarə etmək öyrədiləcək

Dünya

Amerika Birləşmiş Ştatları ukraynalı pilotlara və uçuş heyəti üzvlərinə F-15 və F-16 qırıcılarını idarə etmək üçün təlim keçmək məqsədilə 100 milyon dollar ayıracaq.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat katibi Yuri İqnatın sözlərinə görə, onlar gələn ildən pilotların hazırlanmasına başlayacaqlar.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın müdafiə naziri Aleksiy Reznikov ABŞ qırıcılarının Kiyevə verilməsi ehtimalını şərh edərkən ölkəsinin təkcə bu təyyarələri deyil, həm də digərlərini almaq imkanını nəzərdən keçirdiyini, lakin aerodromların hələ F-16-ları qəbul etməyə hazır olmadığını bəyan edib.

Mənbə: tvzvezda.ru

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir