İlon Maskın adı xəyanət qalmaqalında: Qadının vəkili açıqlama yaydı

Dünya

“Google”un həmtəsisçisi Sergey Brinin həyat yoldaşı Nikol Şanahanın vəkili Brayan Fridman müvəkkilinin amerikalı milyarder İlon Maskla eşq macərasına dair xəbərlərə münasibət bildirib.

Vəkil bu iddiaları yalan adlandırıb.

“Yanlışlığa yol verməyin, Nikolun İlon Maskla eşq münasibətində olması ilə bağlı hər hansı bir ehtimal nəinki aşkar yalandır, həm də böhtandır”, – deyə o bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl S.Brinin arvadı Nikol Şanahandan boşanmaq üçün məhkəməyə müraciət etdiyi barədə xəbərlər yayıldı. Boşanmanın rəsmi səbəbi “barışmaz fikir ayrılıqları” göstərilib. “The Wall Street Journal”da isə ayrılıq qərarına səbəbin Şanahanın Maskla qısamüddətli eşq macərası olduğu iddia edilib.

“Tesla” və “Space X”in qurucusu İlon Mask isə deyilənləri təkzib edərək, üç il ərzində bir-birlərini cəmi bir-iki dəfə gördüklərini və bu görüşlərin insanların əhatəsində olduğunu deyib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir